"Mən istəyirəm Azərbaycanda küçə incəsənəti inkişaf etsin"
Your browser doesn’t support HTML5
İyulun 13-də Qış Parkında Azərbaycan Dağınıq Oda teatrı “Yeddinci Məkan” adlı küçə tamaşası nümayiş edib. Performans ADO-nun yaranmasının doqquzuncu ildönümünə həsr edilib.
ADO Teatrının (Azərbaycan Dağınıq Oda) yaradıcısı Elmin Bədəlov Azərbaycanda küçə incəsənətinin formalaşmasında maraqlı olduğunu deyir. O qeyd edir ki, individual performer kimi bu istiqamətdə çalışmaqda maraqlıdır. O, bununla bağlı modern rəqs üzərindən performanslar hazırlayır.
ADO Teatrının kollektivi 2021-ci il martın 17-də icarəyə götürdüyü məkandan aylıq haqqını ödəyə bilmədiyi üçün çıxmaq məcburiyyətində qalıb.
Bir ildən çoxdur ki, Azərbaycanda pandemiya ilə əlaqədar teatrların fəaliyyətinə icazə verilmir.