AXCP sədrinin mühafizəçisinin məhkəməsi təxirə salınıb
Your browser doesn’t support HTML5
İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Növbəti məhkəmə prosesi iyulun 2-si saat 11:00-da davam edəcək.
Niyaməddin Əhmədov ötən ilin aprel ayında karantin qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin (214. 1 terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.