Bakıda “Özünsən!” adlı sərgi təqdim edilir
Your browser doesn’t support HTML5
Bakıda YARAT Müasir İncəsənət Mərkəzində Rəşad Ələkbərovun “Özünsən” adlı fərdi sərgisi təqdim edilir.
Müasir rəssamın sərgisi tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir.
Ələkbərov labirinti insanın özünün özünə olan sualların və insanın içində olan bucaqların vizual tərəfi kimi tərif edir.
Rəşad Ələkbərov deyir ki, bəzən tamaşaçılar sərgidən çox fərqli mesajlar aldığını onunla bölüşür və bu onun özü üçün məsələlərə yeni baxış bucağı açmış olur.
Qeyd edək ki, Müasir rəssam Rəşad Ələkbərovun işıq və kölgə instalyasiyaları dünya miqyasında tanınır. Rəssamlıq, heykəltəraşlıq, videoart kimi sahələrdə də fəaliyyət göstərməsinə baxmayaraq, onun məhz instalyasiya yaradıcılığı daha mühüm sayılır.Bu instalyasiyalar vasitəsilə o, aktual mövzularda olan mesajlarını çatdırır. Rəssamın əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.
İyun ayının 10-da açılan sərgi 6 ay ərzində, yəni dekabr ayının 30-nadək davam edəcək.