Gəncə işi üzrə həbs edilənlərin məhkəməsi təxirə salınıb
Your browser doesn’t support HTML5
İyunun 22-də Ali Məhkəmədə Gəncə işi üzrə həbs edilən qrupun məhkəmə prosesi təxirə salınıb. Hakim Şahin Yusifovun sədrlik etdiyi proses artıq üçüncü dəfədir müxtəlif səbəblərdən təxirə salınır.
Oktay Hüseynzadənin, Urfan Məmmədovun, Abbas Abbasovun, Elşən Məmmədovun, Rauf Bayramovun yaxınları məhkəmənin ədalətli şəkildə keçirilməsini tələb edir.
Qeyd edək ki, 8 nəfərlik qrupa 2019-cu ilin sentyabrın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəsəində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Eşqin Quliyevə 20 il, Oktay Hüseynzadə və Ürfan Məmmədova 18 il, Rauf Bayramova 9 il, onun oğlu Hüseyn Bayramova 2 il, Abbas Abbasov və Elşən Məmmədova isə 7 il həbs cəzası verilib.