Sevinc Sadıqova: "Əfqan Sadıqovun vəziyyəti çox ağırdır"

Your browser doesn’t support HTML5

Həbsxanada 217 gündür aclıq edən Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun vəziyyəti kəskin ağırlaşıb. Həkimlər onu yenidən müayinə edib və ağ ciyərində böyük bir ləkə aşkar olunub. Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanın sözünə görə, jurnalist 2020-ci ilin noyabrın 4-dən qidadan imtina edib. Həyat yoldaşı bildirir ki, jurnalist aclıq etdiyi dövrdə 45 kiloqram çəki itirib və hazırda vəziyyəti ağırdır. Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 213 gündür aclığı davam etdirir. 2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.