"Atası terrorçuluqda ittiham olunur deyə uşaqlar məktəbə gedə bilmir"
Your browser doesn’t support HTML5
İyunun 7-də İŞİD-in maliyyələşdirilməsində təqsirləndirilən şəxslərin yaxınlarından ibarət qrup Prezident Adminstrasiyasının önündə etiraz aksiyası keçirməyə cəhd edib. Lakin polis əməkdaşları onların administrasiyaya yaxınlaşma cəhdinin qarşısını alıb, buna görə də şikayətçilər Filarmoniya Bağına yığışıblar. Onlar övladlarının günahsız olduğunu və onların azadlığa buraxılmasını tələb ediblər.
Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qurbanov 8 il, Amin Həsənov, Əflatun Bayramov və Babək Məmmədli 7 il, Tehran Qasımov 5 il, Cavid Amanov, Elgün İsmayılov, Ələddin İbişov, Yusif İmanov, Orxan Qurbanov, Şəhriyar Cabbarov hər biri 2 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.
2014-cü il sentyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 26 Azərbaycan vətəndaşı həbs edilib.
İttiham aktında təqsirləndirilən şəxslərin 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində fəaliyyət göstərmələri əksini tapıb.
Həbs edilənlər və ailələri bununla razılaşmır. Ailələr övadlarının təqsirsiz olduğunu, həbsləri ilə bağlı fakt, əsas olmadığını bildirirlər.