Azərbaycanda Dijital Qadın Festivalı keçirilib
Your browser doesn’t support HTML5
Festivalda qadınların məlumatlanması, ilhamlanması üçün karyera, təhsil, sağlamlıq, gözəllik, mətbəx və s. mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı, eyni zamanda, yoqa, fitness, zumba təlimləri baş tutub. Əlavə olaraq, saytda müxtəlif marka məhsullarının və əl işlərinin satışı online olaraq, canlı kommunikasiya vasitəsilə həyata keçirilib.
Layihə koordinatoru Lamiyə Nəsibzadənin sözlərinə görə, festival qadınlara dəstək məqsədi ilə təşkil olunub.
Lamiyə Nəsibzadə deyir ki, festival pandemiya şəraitindən maksimum faydalanmaq, karantin günlərini daha yararlı etmək fürsəti verib.