Orduya dəstək yürüşü məhkəməsində: "Mən ümumiyyətlə orada iştirak etməmişəm"

Your browser doesn’t support HTML5

Mayın 26-da Bakı Apelyasiya Məhkəməsində "Orduya dəstək" məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. AXCP Rəyasət Heyətinin üzvü, təqsirləndirilən şəxslərdən biri olan Fuad Qəhrəmanlı bildirib ki, bugünkü prosesdə bir neçə vəsatət verilib. AXCP Rəyasət Heyətinin üzvü, təqsirləndirilən şəxslərdən biri olan Məmməd İbrahim deyir ki, bugünkü məhkəmədə iddia tərəfi sübut kimi müxtəlif yazışmalar təqdim edib, lakin o, bu yazışmaları saxta hesab edir. Növbəti məhkəmə prosesi iyunun 3-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.