Orduya dəstək yürüşü məhkəməsində: "Məhkəmə əsəb gərginliyindən başqa bir şey deyil"
Your browser doesn’t support HTML5
Mayın 25-də Bakı Apelyasiya Məhkəməsində "Orduya dəstək" məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. AXCP üzvü, təqsirləndirilən şəxslərdən biri olan Telman Seyfulla bildirib ki, bugünkü prosesdə 7 nəfər şahid dindirilib. Onun sözlərinə görə, şahidlər yenə də təqsirləndirilən şəxdləri tanımayıblar.
Növbəti məhkəmə prosesi iyunun 1-ə təyin olunub.
"Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.