Gəncə məhbuslarının yaxınları Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib
Your browser doesn’t support HTML5
Mayın 24-də Prezident Administrasiyasının qarşısında "Gəncə işi" üzrə həbs edilən şəxslərin yaxınları etiraz aksiyası keçirib.
Prezident Administrasiyasının qarşısına toplaşan 20-ə yaxın şəxs "Gəncə məhbusları"na azadlıq tələb edib.
Onlar "Gəncə məhbuslarına azadlıq", "Ədalətsiz məhkəmə qərarlarına son" kimi şüarlar səsləndiriblər.
Məhbus ailələrinin qarşısını polis kəsib. Aksiya iştirakçıları plakatlar qaldırıb, məhbuslara azadlıq istəyiblər. Onları administrasiyada heç bir vəzifəli şəxs qəbul etməyib. Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıblar.