Bakıda yaşadığı mənzildən çıxarılmaq təhlükəsi ilə üzləşən vətəndaş özünü yandırmağa cəhd edib
Your browser doesn’t support HTML5
Azadə Abdullayeva 25 ildir yaşadığı mənzildən çıxarılmaq təhlükəsi ilə üzləşib.
O deyir ki, faizə pul götürmək üçün mənzinilin sənədini Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimova verib. Pul ödənilmədikdə isə onun mənzili qanunsuz olaraq başqa şəxsin adına sənədləşdirilib.
Şikayətçi iddia edir ki, Əli İbrahimov onun həyatda olan həyat yoldaşı Lətif Abdullayevin adına ölüm aktı alaraq sənədləşmə işi aparıb.
Məhkəməyə müraciət etdikdən sonra isə, Nərimanov Rayon məhkəməsi Azadə Abdullayevanın lehinə qərar çıxarıb. Lakin qarşı tərəfin apelyasiya şikayəti təmin edilib.
Azadə Abdullayeva məhkəmənin qərarına və evdən çıxarılması təhlükəsinə etiraz olaraq Ədliyyə Nazirliyinin qarşısında özünü yandırmağa cəhd edib. Onun cəhdinin qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb və o qəbul otağına aparılıb. Nazirlikdə Azadə Abdullayevaya yenidən məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, əgər vətəndaş məhkəmənin qərarından razı deyilsə, daha yuxarı instansiyalara müraciət edə bilər.