Bakıda “Kəsişən reallıqlar” fotosərgisi keçirilir

Your browser doesn’t support HTML5

Fotosərgi F3.7 fotoqraflar icmasının "Nur Art House"la birgə əməkdaşlığı ilə təşkil edilib. Sərgidə fotoqraflar Çiçək Bayramlı, Emin Mathers və Leyla Musayevanın işləri təqdim olunur. Bu ekspozisiyada fotoqraflar köhnə və tanış olan sadə elementlərə yeni nöqtəyi-nəzərdən baxışlarını bölüşürlər və bunda gözəllik tapmağı öyrədirlər. Sərginin keçirildiyi "NUR Art House" qədim nümunələrin qorunmasına və müasir nümunələrin istehsalına həsr olunan, sənətkarlara əsərlərini təqdim etmək üçün şərait yaradan xalça qalereyasıdır. Mayın 1-də açılan sərgi ayın 16-dək davam edəcək.