Azərbaycan mediası Beynəlxalq Media Azadlığı günündə

Your browser doesn’t support HTML5

Mayın 3-də Dünyada Beynəlxalq Media Azadlığı Günü qeyd edilir. Media hüquqlarını müdafiə təşkilatlarının hər il açıqladığı hesabatlarda dünya boyu mətbuat azadlığının səviyyəsinin azaldığı, jurnalistlərə qarşı təhlükələrin artdığı qeyd edilir.

Dünyada jurnalistlər avtoritar rejimlərin hədəfinə çevrilir, öldürülür, təhdid və təzyiqlərlə üzləşir. Bir sıra ölkələrdə isə redaksiyalar bağlanır, saytlar bloklanır.