“Ölkədə söz və ifadə azadlığı təhdid altındadır” - “Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçisi

Your browser doesn’t support HTML5

Aprelin 30-da "Müdafiə Xətti" insan haqları təşkilatının mətbuat konfransı baş tutub. "Müdafiə Xətti"-nin həmtəsisçisi Zaur Əkbər bildirib ki, ölkədə insan haqlarının vəziyyətinin pisləşdiyini nəzərə alaraq, hər ayın yekununda hesabatları ictimaiyyətə çatdırmaq qərarına gəliblər. Təşkilatın icraçı direktoru Rüfət Səfərov qeyd edib ki, "Müdafiə Xətti"nin monitorinqlərinə əsasən, Azərbaycanda son aylarda ən çox ailə və şəxsi həyata hörmət, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, ədalətli məhkəmə araşdırması, işgəncəyə, ayrıseçkiliyə məruz qalmamaq hüquqları pozulub.