Məhkəmədə AXCP üzvünün halı pisləşib

Your browser doesn’t support HTML5

Aprelin 27-də Bakı Apelyasiya Məhkəməsində Orduya dəstək məqsədilə keçirilən yürüş ilə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Ağamalı Qafarovun sədrliyi ilə baş tutan məhkəmə prosesində şahidlər dindirilib. Vəkil Aqil Layıc məhkəmədə baş verənlər haqqında Amerikanın Səsinə danışıb. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.