Qiyas İbrahimov Türkiyədən deportasiya olunduğunu deyir
Your browser doesn’t support HTML5
Siyasi fəal Qiyas İbrahimov Türkiyədən deportasiya edildiyini bildirir. O, 5 aydır ki, Türkiyədə yaşayırmış və orada yaşamaq üçün 1 illik rəsmi icazəsi olub.
Fəal aprelin 16-da Türkiyədən sərhədi keçəndə, 1 saat saxlanıldığını deyir. Orada ona 1 illik icazəsinin ləğv olunduğunu, gedəndə konsulluğa baş vurmamış qayıtmamasını deyiblər. Aprelin 21-də isə ona bildirilib ki, o Türkiyədən müddətsiz olaraq deportasiya olunub.
Qiyas İbrahimov aprelin 22-də məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib, lakin deportasiyanın səbəbini yenə də öyrənə bilməyib. Fəal deyir ki, səfirlikdə ona adının qarşısında "G" hərfindən ibarət kod yazıldığı, bu kodun hansı mənaya gəldiyini bilmədiklərini deyiblər.
Onun sözlərinə görə, səfirlikdən fəala Türkiyənin Miqrasiya İdarəsinə müraciət etməsi məsləhət görülüb.
Türkiyənin Bakıdakı səfirliyindən Qiyas İbrahimovun deportasiya olunması ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.