Orduya dəstək yürüşündə saxlanılanların məhkəməsi davam edir
Your browser doesn’t support HTML5
Aprelin 23-də Azər Tağıyevin sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə ikinci qrupun məhkəmə prosesi davam edib.
Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib.
Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.
Növbəti məhkəmə prosesi aprelin 30-u, saat 10:30-a təyin olunub.