AXCP sədrinin mühafizəçisinin məhkəmə prosesi keçirilib
Your browser doesn’t support HTML5
Aprelin 22-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun məhkəmə prosesi keçirilib. Onun vəkili Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, şahid qismində dindirilən şəxs istintaqda verdiyi ifadədən imtina edib. Buna səbəb olaraq həmin şəxs görmə məhdudiyyətli olduğunu əsas gətirib. AXCP sədrinin mühafizəçisi bildirib ki, özünü təqsirli bilmir, həbsinin əsas səbəbini siyasi fəaliyyəti və ictimai əsaslarla Əli Kərimlinin mühafizəçisi olmasıdır.
Növbəti məhkəmə mayın 6-a təyin olunub.
Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.