Açıq havada maska taxmaq əleyhinə kampaniya başladılıb

Your browser doesn’t support HTML5

Sosial şəbəkələrdə “Nəfəs Alaq” həştəqi ilə açıq havada maska taxmağın əleyhinə kampaniya başladılıb. Kampaniyanın iştirakçıları hesab edir ki, havanın istiləşməsi açıq havada maska taxmağı mümkünsüz edir. Kampaniyanı dəstəkləyənlərdən biri Xanım Mustafayeva deyir ki, açıq havada maska taxmağın yoluxmanın azalmasına təsiri yoxdur. O düşünür ki, yoluxmanı azaltmaq üçün alternativ yollar fikirləşmək lazımdır. Bakı sakinləri açıq havada maska taxmaq barədə fikirlərini Amerikanın Səsi ilə bölüşüblər. Azərbaycanda açıq havada maska taxmaq tələbi ötən ilin noyabrından tətbiq olunur və bu qaydanı pozanları 100 manatdan 400 manatadək cərimə gözləyir. Qapalı məkanlarda maska taxmaq məcburiyyəti isə 2020-ci ilin may ayından tətbiq edilir.