"Sevgi ilə əl işləri" yarmarkası
Your browser doesn’t support HTML5
“Flora” Hosteldə "Sevgi ilə əl işləri" adlı yarmarka təşkil olunub.
Təşkilatçı Türkay Bayramlı deyir ki, məqsəd karantin qaydalarına əməl edərək həm kiçik sahibkarlara, həm də sosial layihələrə dəstək olmaqdır. Təşkilatçı qeyd edir ki, karantin qaydaları icazə verdikcə, bu tip yarmarkaların davamlı olacağı planlaşdırılır.
Təşkil edilən tədbirdə karantin qaydalarına əməl olunub.
Yarmarkada gənclər kitablar , əsasən , müxtəlif növ əl işlərini satışa çıxarıb. Lakin bundan başqa, bişirdikləri vegetarian yeməkləri təqdim edən satıcılar da yarmarkada iştirak edib.