İşdən çıxarılan tərbiyəçi-müəllim Baş Prokurorluğun önündə etiraz aksiyası keçirib
Your browser doesn’t support HTML5
Aprelin 19-da Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada tərbiyəçi-müəllim kimi çalışan Ceyran Rəhbəri Baş Prokurorluğun önündə aksiya keçirməyə cəhd edib. Ceyran Rəhbəri bildirib ki, Siyəzən Rayon Polis idarəsinin qərarı ilə işdən çıxarılıb.
Ceyran Rəhbəri martın 16-da Baş Prokurorluğun önündə özünü yandırmağa cəhd etmişdi. Baş Prokurorluğun qəbulunda ona işə yenidən baxılması ilə bağlı vəd verilib. Ceyran Rəhbəri qərarın ona şifahi şəkildə yox, rəsmi surətdə verilməməsindən şikayətçidir.
Baş Prokurorluğun qəbulundan sonra qərarın rəsmi surəti Ceyran Rəhbəriyə təqdim olunub.
Ceyran Rəhbəri Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılıb, lakin o bu qərarı qanunsuz hesab edir və işin şəffaf şəkildə araşdırılmasını tələb edir.