"Hakimiyyət AXCP üzvlərinə qarşı aqressiv yanaşır"
Your browser doesn’t support HTML5
Aprelin 13-də Bakı Apelyasiya Məhkəməsində Ağamalı Qafarovun sədrliyi ilə Orduya dəstək yürüşündə 2020-ci il iyulun 14-də keçirilən aksiya ilə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Telman Seyfulla bildirib ki, şahidlər təqsirləndirilən şəxslərin heç birini tanımadığını deyib. O, şahidlərin hamısının eyni ifadə verdiyini, həmin ifadələrin bir-birindən fərqlənmədiyini iddia edir.
Təqsirləndirilən şəxslərdən olan Emin Hüseynzadə hələ də niyə həbs olunduğunu bilmədiyini deyir. O, heç bir siyasi partiyanın üzv olmadığını qeyd edib. Məhkəmə onun 2 vəsatətini təmin edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Baba Süleyman bildirib ki, məhkəmə onun elektron bilərziklə bağlı vəsatətini təmin etməyib.
Növbəti məhkəmə prosesi aprelin 20-ə təyin olunub.
"Orduya dəstək" yürüşüylə əlaqədar həbs olunan 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.