Belarus qanunvericiləri vətəndaş hüquqlarını və informasiyanın azad axınını sərt şəkildə məhdudlaşdıran qanuna bir neçə dəyişikliyi təsdiqləyiblər. Bu, Belarusda avtoritar Aleksand Lukaşenkonun altıncı dəfə seçilməsi ilə nəticələnən prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən insanlara qarşı təqiblərin olduğu bir vaxta təsadüf edib.
Ekstremizm və kütləvi informasiya vasitələri ilə bağlı qanuna dəyişikliyin mübahisəli mətni aprelin 2-də ilk dinləmədə təsdiq olunub və aprelin 9-da hüquqi səndələrin olduğu rəsmi sayta yerləşdirilib. Eyni zamanda ölkədə ötən avqust keçirilən seçkinin Lukaşenkonun xeyrinə saxtalaşdırıldığını iddia edən müxalif qruplarına qarşı təqiblər davam edir.
Qanuna edilən dəyişikliklərə əsasən, fərdi şəxslər, siyasi partiyalar və ya ölkədaxili ya da beynəlxalq təşkilatların müstəqilliyə, ərazi bütövlüyünə, suverenliyə, konstitusiya quruluşunun təməlinə və ictimai təhlükəsizliyə xələl gətirən hər hansı fəaliyyəti “ekstremist” hesab olunacaq.
Avqust seçkisindən sonra minlərlə belaruslu küçələrə axışaraq Lukaşenkonun 30 llik hakimiyyətinə ona qarşı ən böyük və davamlı etirazlar keçiriblər.
Nümayişlərdə iştiraka görə 33,000-dən çox insan həbs olunub. Bir çox insan polis tərəfindən döyülüb, bəziləri isə polisin nəzarətində ikən işgəncə gördüyünü bildirib.
Avropa İttifaqı, Birləşmiş Ştatlar və başqa ölkələr seçkinin nəticələrini tanımağı rədd edib.
Bir neçə Qəlb ölkəsi, o cümlədən Avropa İttifaqı Lukaşenkoya və digər Belarus rəsmilərinə sanksiyalar tətbqi ediblər, yeni qanun dəyişikliyinin isə əlavə sanksiyaların tətbiq olunmasına dair çağırışlara səbəb olacağı gözlənilir.
Əgər bu dəyişikliklər təsdiq olunub, qanuna çevrilsə, onlar fərdi vəkillər və özəl şirkətlərə bəzi cinayət və inzibati işlərdə insanları müdafiə etmələrini qadağan edəcək. Belarusun jurnalist assosiasiyaları ilə işləyən və son aylarda Azadlıq Radiosunun müxbirlərini müdafiə edən vəkillərin çoxunun lisensiyaları ləğv edilib.
Qanuna dəyişikliklərdə həmçinin qeyd olunr ki, qanunsuz silahlı qrupların yaradıması, terror fəaliyyəti və hakimiyyətin zoralı ələ keçirilməsi ilə yanaşı saxta məlumatların yayılması, rəsminin təhqir olunması, dövlət və hakim orqanlarının etibardan salınması, Mərkəzi Şeçki Komissiyası və başqa dövlət orqanlarının fəaliyyətinə manelərin törədilməsi, kütləvi nizamsızlıqda aktiv iştirak və onun təşkili, habelə qanunsuz ictiami tədbirlərə iştirak etmək çağırışları və bu cür tədbirlərin maliyyələşdirilməsi də ekstermist fəaliyyət hesab olunacaq.