Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib
Your browser doesn’t support HTML5
Aprelin 5-də dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova və Azeltv saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
Onlar həyat yoldaşlarının saxlanma şəraitindən narazıdır.
Etirazdan sonra Ədliyyə nazirliyinin əməkdaşı Sevinc Sadıqova və Gülmirə Aslanovanı qəbul otağına dəvət edib.