İşdən çıxarılan müəllimə özünü yandırmağa cəhd edib

Your browser doesn’t support HTML5

Martın 16-da Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada tərbiyəçi-müəllim kimi çalışan Ceyran Rəhbəri Baş Prokurorluğun önündə özünü yandırmağa cəhd edib. Ceyran Rəhbəri bildirib ki, Siyəzən Rayon Polis idarəsinin qərarı ilə işdən çıxarılıb. Onun işdən çıxarılması ilə bağlı Həmkarlar İttifaqında verilən qərardan Siyəzən Prokurorluğuna şikayət edib, lakin Siyəzən prokurorluğundan ona heç bir cavab verilməyib. O dəfələrlə prezidentə, baş prokurora, təhsil nazirinə şikayət etsə də, şikayətinə baxılmadığını deyir. Baş Prokurorluqdan Ceyran Rəhbərini qəbul ediblər. Prokurorluqdan ona işə yenidən baxılacağı ilə bağlı vəd verilib.