ADO teatrı icarəyə götürdüyü məkanı itirdi

Your browser doesn’t support HTML5

Milli Teatr günündə Azərbaycan Dağınıq Oda (ADO) teatrı məkanını itirəcəyi barədə xəbər alıb. 1 ildir ki, pandemiya ilə əlaqədar ölkədə karantin rejimi elan olduğuna görə, teatrların fəaliyyətinə icazə verilmir. ADO teatrı icarəyə götürdüyü məkanın ödənişini edə bilmədiyi üçün onlara 15 mart tarixinədək vaxt verilmişdi. Məkanın təhvil veriləcəyi gün, teatrın qurucusu və aktyoru bu məkanda son performansını göstərib. Elmin Bədəlov özünü performansı ilə ifadə edəcəyini bildirib.