Sovetski sakinləri : "Biz Sovetski qaçqınlarıyıq"

Your browser doesn’t support HTML5

Martın 15-də Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Maliyyə Nazirliyinin binası qarşısında toplaşıblar. Sakinlər evlərindən zorla çıxarıldıqlarını, alqı-satqı müqaviləsini bağlamağa məcbur edildiklərini, verilən kompensasiyanın az olduğunu və torpaq pulları onlara hələ də ödənilmədiyini bildirir. Etirazçılar bu günə qədər aidiyyəti dövlət qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını bildiriblər. Onlar deyir ki, tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər. Etiraz zamanı sakinlərdən 2 nəfər nazirlik tərəfindən qəbul edilib. Maliyyə Nazirliyinin qarşısına toplaşan vətəndaşlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.