Orduya dəstək yürüşünə görə həbs olunanların məhkəməsi təxirə salınıb
Your browser doesn’t support HTML5
Martın 15-də Bakı Apellyasiya məhkəməsinin inzibati binasında "Orduya dəstək" yürüşünə görə həbs olunanlardan 12 nəfərin daxil olduğu qrupun növbəti məhkəmə iclası keçirilib.
Vəkil Nemət Kərimli deyir ki, bəzi zərərçəkənlərin ifadələrində bəzi ziddiyətlər var idi. Bundan əlavə, onların əksəriyyəti hər hansısa bir şikayətlərinin olmadığını və mülki iddia qaldırmadıqlarını bildiriblər.
Zərərçəkənlərin bir hissəsi gəlmədiyi üçün, məhkəmə təxirə salınıb.