Rəbiyyə Məmmədova polis bölməsində aldığı xəsarətlərdən danışır

Your browser doesn’t support HTML5

"8 Marş" qadınların etiraz yürüşü aksiyanın polis tərəfindən dağıdılması, iştirakçıların həbsi, plakatı cırmaq üçün tullanan polis əməkdaşı ilə yadda qaldı. Feministlər martın 8-də keçirilən aksiya zamanı polis tərəfindən müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qaldıqlarını deyiblər. Məlumata görə, ümumilikdə 25 iştirakçı saxlanılaraq polis bölmələrinə aparılıb. İctimai fəal Rəbiyyə Məmmədova, ona aksiyaya getdiyi zaman yolda özlərini polis əməkdaşları kimi təqdim edən iki mülki geyimli şəxs tərəfindən şiddət təqtbiq olunduğunu deyir. Amerikanın Səsinə verdiyi müsahibədə, ictimaii fəal aldığı fiziki zərbələr nəticəsində bədəninin müxtəlif yerlərində şiş və ağrıların olduğunu bildirir.