ADO teatrı kirayə götürdüyü binadan çıxarılır
Your browser doesn’t support HTML5
Ölkənin müstəqil teatrlarından biri, Azərbaycan Dağınıq Oda teatrı kirayə götürdüyü binadan çıxarılır. Bu barədə martın 10-da teatrın qurucusu Elmin Bədəlov məlumat verib.
Məlumata görə, ADO-ya martın 15-dək məkanı təhvil verməklə bağlı xəbərdarlıq edilib.
Teatr rəhbərliyi bildirir ki, bir ildir pandemiya ilə əlaqədar ölkədə qapanmalar var və teatrların fəaliyyətinə icazə verilmir. Həmin müddətdə onlar yerləşdikləri məkanı itirməmək üçün əllərindən gələni etməyə çalışdıqlarını, amma icarəyə götürdükləri binanın sahibinin çox az güzəşt etdiyini bildirirlər.
ADO rəhbərliyi 9 il ərzində çox sayda rekvizit yığıldığını, indiki vəziyyətdə onlara sahib çıxa bilmədiklərini və martın 15-də həmin məkandan çıxmalı olduqlarını bildirir.