Orduya dəstək yürüşünə görə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir
Your browser doesn’t support HTML5
Martın 10-da Ağamalı Qafarovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə birinci qrupun məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib.
Növbəti məhkəmə iclası 17 mart 10.30-a təyin edilib.