"Sovetski" sakinləri Yasamal Rayon İcra Hakimiyyəti qarşısında etiraz edib
Your browser doesn’t support HTML5
Martın 9-da Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Yasamal rayon icra hakimiyyətinin binası qarşısında toplaşıblar.
Vətəndaşlar deyir ki, onların evləri dəyərindən aşağı məbləğdə qiymətləndirilib, torpaq pulları verilməyib və evlərindən zorla çıxarılıblar.
Etiraz edən sakinlər bu günə qədər aidiyyəti dövlət qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını bildiriblər.
Onlar deyir ki, tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər.
Etirazlardan sonra şikayətçilərdən 4 nəfər Yasamal rayon icra hakimiyyəti tərəfindən qəbul edilib.