Terrorçuluqda ittiham olunan şəxslərin yaxınları etiraz edib

Your browser doesn’t support HTML5

Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunan Samir Qurbanov və digər 10 nəfərin məhkəmə prosesi keçirilib. Lakin ittiham olunan şəxslər və onların yaxınlarının məhkəmə prosesində iştirakı təmin olunmayıb. Buna səbəb isə əvvəlki məhkəmə prosesində təqsirləndirilən şəxslərin özlərinə xəsarət yetirməsi olub. Tutulan şəxslərin yaxınları onların günahsız həbs olunduğunu deyir. Onlar məhkəmə qapısının önündə etiraz ediblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabacadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 214-1 (terroru maliyyələşdirmə) və 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) maddələri ilə ittihamlar irəli sürülüb.