Sülh Korpusunun təsisindən 60 il ötür

Your browser doesn’t support HTML5

60 il əvvəl Prezident Con F. Kennedi sülh və dostluğun təşviqi üçün beynəlxalq bir könüllü təşkilatı olan Sülh Korpusunu işə salma haqqında sərəncam imzalayıb.

Bu illər ərzində korpusda çalışan bir çox insan çətin və mükafatlandırıcı təcrübəyə sahib olub.

İdeya 60 il öncə yaranıb.

Sabiq prezident Con F. Kennedi amerikalı gəncləri başqa ölkələrin vətəndaşları ilə çiyin-çiyinə çalışması üçün deyil, həm də onlardan öyrənmək üçün xaricə göndərən proqramın perspektivlərini açıqlayıb.

“Diqqətləri cəlb edən odur ki, Sülh Korpusu üzvlərinə maaş ödənilmir. Onlar xaricə gedəcək və digər ölkələrin insanları ilə eyni standartda yaşayacaqlar. Ömürlərinin 2-3 llik bir hissəsini sülhə və dünyanın hər yerində insanları bir-birinə bağlayan əlaqələri gücləndirməyə həsr edəcəklər. ”

Bəziləri o vaxt üçün bunun cəsarətli bir fikir olduğunu, lakin sürətlə irəliləyən 60 il ərzində bu ideyanın reallaşdığını deyir.

Con F. Kennedi Prezident Kitabxanası və Muzey direktoru Alan Preys.

“Bu, fantastik bir fikir idi. Könüllülərin və ev sahibi ölkələrin zəhməti sayəsində düşünürəm ki, sülh və dostluğun təşviqi üçün uzunmüddətli bu strategiya son dərəcə uğurlu olub. ”

Son 60 ildə təxminən 241 000 Sülh Korpusu könüllününi dünyanın 140-dan çox ölkəsində xidmət etdirini deyən Sülh Korpusu direktoru vəzifəsini icra edən Kerol Span iştirakçıların yaş fərqlindən danışır.

"Sülh Korpusu könüllülərinin yaşları 20 ilə 85 arasındadır. Onların əksəriyyəti 20 yaşındadır. Ancaq biz Malavidə ölkə direktoru vəzifəsində çalışarkən, o dövrdə xidmət göstərən ən yaşlı könüllülərdən birinə sahib idik. 82 yaşlı o qadın çox məharətli idi.”

Rumıniyada Sülh Korpusunda xidmət etmək qərarına gələndə Span 26 yaşında idi. Kommunizmin süqutundan üç il sonra bəzi insanlar buna şübhə ilə yanaşırdı, lakin bu onun üçün həyatı dəyişdirən bir təcrübə idi.

“Bir çox könüllü müəyyən bir dünya görüşü və ya işlərlə bağlı bəzi gözləntilərlə Sülh Korpusuna gedirdi. Özünüzdən fərqli insanlarla yaşadığınız və işlədiyiniz zaman suallar verməyə başlayırsınız və maraqla içəri daxil olduqda bunun arxasında nə durduğunu, hadisələrin niyə öz ölkənizdə olduğundan fərqli olduğunu və ya insanların müəyyən dəyərlərə sahib olduğunu görürsünüz.”

Dveyn Metyus 2013-2015-ci illərdə Malavidə olub. O, hazırda Mənzil və Şəhərsalma Departamentində işləyir və Vaşinqtonun Hovard Universitetində doktorluq dərəcəsi əldə edir. O, Arkanzasın Little Rock şəhərindəndir və əvvəllər heç xaricə səyahət etməmişdi.

“Malaviyə çatanda tam mədəniyyət şoku yaşadım. ilk həftə dəhşətli idi, amma Sülh Korpusundan ayrılmaq məcburiyyətində olduğumda göz yaşlarımı saxlaya bilmədim. Bu, o vaxt gənc yetkin yaşımda etdiyim ən yaxşı seçim idi. ”

Orada olarkən bir çox layihədə işləyən bir cəmiyyətdə sağlamlığı məsləhətçisi vəzifəsini icra edib. Dveyn qürur duyulacaq bir şeyin cəmiyyətin də töhfəsi ilə gənclik mərkəzinin inşası üçün təxminən 7000 dollar qrant əldə etməsi olduğunu deyir.

“Cəmiyyət əslində ehtiyac duyduğumuz məbləğin 30% -ni bağışladı, beləliklə bütöv sahəni, əməyin bir hissəsini, kərpiclər və daş bağışladılar. Həqiqətən də cəmiyyətin verdiyi töhfə səbəbi ilə pulumuz qaldı, yəni bu layihənin davamlı olacağını bilirdik, çünki bu cəmiyyət istəyirdi. ”

Kris Destiç isə 2018-2020-ci illərdə Qvatemalada çalışıb. İndi o, Sülh Korpusu üçün regional işə götürəndir.

“Kiçik bir Maya icmasında yaşadım. 2000 nəfərlik bir icmada. Mən 3 nəsillik aboregen Maya ailəsi ilə yaşayırdım, Əla insanlar idi. Çox xaotik olsalar da, adam sevən idilər.”

Həm Metyus, həm də Destiç deyir ki, onlar həyat dərsi alıblar və hazırkı peşə təcrübələrinə Sülh Korpusunda xidmət göstərmədən malik olmayacaqdılar.