Rəsulzadənin portretini çəkən rəssama qarşı cinayət işi başlanıb

Your browser doesn’t support HTML5

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovaya qarşı cinayət təqibi başlanıb. Dörd il rəsm müəllimi kimi çalışdığı Bakı Atatürk Liseyinin rəhbərliyi onun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət edib. Xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsində rəssamın CM-in 147.1 (böhtan) maddəsilə cəzalandırılması tələb olunur. Onun sözlərinə görə, təxminən bir həftə sonra lisey rəhbərliyindən siyasətdən kənar dayanmaq, hökumətə qarşı tənqidlərdən çəkinmək barədə xəbərdarlıq alıb. Əsgərovanın sözlərinə görə, bu tələblərə boyun əymədiyi üçün təzyiqlər də kəskinləşib.