NASA-nın Perserverance kosmik cihazı cümə axşamı uğurlu və həyəcanlı şəkildə qırmızı planetə endikdən sonra Marsda işinə başlayır. COVID-19 məhdudiyyətləri səbəbindən dünyadakı milyonlarla insan ictimaiyyətə qapalı formada bu hadisəni Çikaqo planetariumdundan canlı olaraq izləyib.
Başqa vaxt olsaydı, böyük izdiham Marsda NASA roverinin enişini qeyd etmək üçün Çikaqonun göl kənarındakı tarixi Adler Planetariumuna toplaşardı. Ancaq bu dəfə deyil.
“Pandemiya səbəbi ilə keçən mart ayından bəri bağlıyıq və hələ də qapalıyıq. Xalqa açıq olsaydıq, burda olardıq” - deyə, Adler Planetariumunun İctimai Müşahidə şöbəsinin direktoru Mişel Nikols qeyd edib.
Adlerin “Qreinger Skay” Teatrı insanlarla dolu olmasa da, həyəcan və intizarla dolu idi. İzdihamlı olsa da, olmasa da, NASA-nın "Perserverance" (perserverans) adlı kosmik qurğusunun enişinin internetdə yayımı zamanı insanların bunu qürurla qeyd etdiyi müşahidə olundu.
"Yenilik edirik və əvvəllər etdiyimizi etmək üçün yeni yollar tapmağa çalışırıq, lakin onları onlayn olaraq fərqli şəkildə edirik, amma təməl təcrübə yenə də eynidir – insanların olduqları yerlərlə onlarla əlaqə qurmaq" – deyə, Adler Planetariumunun İctimai Müşahidə şöbəsinin direktoru Mişel Nikols qeyd edib.
Onlayn təqdimat zamanı işçilər missiya və həyata keçirilmənin vacibliyi barədə suallara cavab verdilər.
"Ümid edirəm ki, insanların həqiqətən başa düşdüyü şeylərdən biri kəşfiyyatın heyrətamiz dramı idi" - deyə, Adler Planetarium Vitse-Prezidenti Endrü Conston bildirib.
Valideynləri Adlerdə işləyən 12 yaşlı Çikaqo məktəblisi Kira Smeyl planetariumun NASA-nın planetlərarası son uğurunun təqdimatını evdə “YouTube”dan izlədi.
"Mən bunu məktəbdə görəcəyimizi düşünmürəm, ancaq pandemiya səbəbi ilə gördüm" - deyə, Keyra Smeyl qeyd edib.
2020-ci ilin mart ayından bəri məktəbə getməyən Smeyl daha geniş kütləyə xitab etmək üçün Adlerin rəqəmsal texnologiyalarını yeni bir yol olaraq görür.
"Yaxşı bir şey ola bilər, çünki dünyada Adlerə gedə bilməyən daha çox insan bunu görə bilər. Həmçinin bunu daha asan görə bilərsiniz və ora getmək üçün avtomobilə ehtiyacınız yoxdur" - deyə, o əlavə edib.
İnsanların canlı izləyici olmaması Marsda bəşəriyyətin kosmos anlayışını dəyişdirə biləcək qədim həyat əlamətlərini axtarmaq üçün missiya başladan Roverin enişinin drammatikliyini və ya duyğusallığını azaltmadı.
Bu, go-kart ölçüsündə bir qurğu üçün böyük bir işdir.
“Sanki orada olduğunuz kimi bir hissdir. O, insan boyda kameralara sahibdir. Səth üzərində hərəkət edəcək və həm uçan bir təyyarədən, həm də yaxından foto-şəkillər çəkəcək. Sanki özünüz səthdə gəzirsiniz kimi təsəvvür olacaq. Buna görə də insanları bu cür proqramları dinləmək və Mars haqqında özləri öyrənmək və Adler kimi yerlərə gəlmək ilhamlandırır” - deyə, Adler Planetariumunun Vitse-Prezidenti Endrü Conston qeyd edib.
“Perseverance” missiyası NASA-nın heyətini Aya başqa bir çox missiya göndərməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Mişel Nikols onları “Adler”dən müşahidə etməyi səbrsizliklə gözləyir.
“Bu ilin sonunda Artemisin bir hissəsi olaraq Aya yollanacaq pilotsuz kosmik aparatlar var. Ceyms Vebb kosmik teleskopunun buraxılışı var. Bu, insanlara çatmaq üçün başqa bir böyük fürsətdir. 2023 və 2024-cü illərdə yaxınlaşan bir neçə günəş tutulması var, bu da başqa bir yoldur. Yəni, demək olar ki, üfüqlərimiz genişlənir. Bunun yaxın gələcəkdə insanın iştirakı ilə baş verəcəyinə ümid edirik, amma bu, sadəcə əlavədir, bəli, bu, bütün olanlar üçün əla bir təcrübədir” - deyə, Mişel Nikols bildirib.
Bu arada Nikolsun sözlərinə görə, planetarium “Perseverance” apparatının qırmızı planetdəki bir neçə il davam edəcək fəaliyyətini izləyəcək.