22 gündür aclıq edən jurnalistin həyat yoldaşı onunla görüşə bilmir
Your browser doesn’t support HTML5
Fevralın 22-də 22 gündür aclıq aksiyası keçirən jurnalist, xəbərman.com saytının təsisçisi Polad Aslanovun həyat yoldaşı Gəlmirə Aslanova onunla görüşmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə gedib.
Gülmirə Aslanova deyir ki, karantin qaydaları əsas gətirilərək görüş və ya telefon danışığına icazə verilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.