"Sovetski" sakinləri etiraz edirlər
Your browser doesn’t support HTML5
Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası qarşısında etiraz ediblər.
Onlar iddia edir ki, evlərindən zorla çıxarılıblar, alqı-satqı müqaviləsini bağlamağa məcbur ediliblər.
Sakinlər bildirirlər ki, köçürülən vətəndaşlara torpaq pulu hələ də verilməyib.
Etiraz edən sakinlər deyir ki, bu günə qədər aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, şikayətlərinə baxılmayıb.
Sakinlərdən 6 nəfər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qəbuluna dəvət ediliblər.
Daha sonra ərazidəki polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.