Karantin vaxtı evdən işləyənlər
Your browser doesn’t support HTML5
Azərbaycanda 24 mart 2020-ci il tarixindən xüsusi karantin rejimi tətbiq edilir. Bu səbəblə də bir çox iş yerləri onlayn rejimə keçmək məcburiyyətində qalıb. Bəziləri düşünür ki, evdən işləməyin mənfi tərəfləri çoxdur, bəziləri isə əksinə, bu fürsəti daha səmərələri dəyərləndirə bilir.
Nailə Həsənzadə uşaq inkişafı üzrə mütəxəssisidir. O, karantin rejiminin işinə müsbət təsir etdiyini deyir. Əvvəllər təlimlərdə 30 nəfərə çata bilirdisə, karantin rejimində bu say 80-ə çatır, çünki təlimlər onlayn formada davam edir. Üstəlik təlimlər sadəcə Bakını yox, Azərbaycanın digər regionlarını da əhadə edə bilir.
Nərmin Əzizova karantin rejimində əvvəl rus dilindən dərs deyirdi. O düşünür ki, karantin rejimi onun işinə mənfi təsir göstərib. Evdən işləmək işə yetərincə fokuslana bilməməsinə gətirib çıxarır. Nərmin deyir ki, bəzən məişət işləri ilə işin sərhəddini itirirsən.