Baydenin qaçqınlarla bağlı siyasəti

Your browser doesn’t support HTML5

Baydenin qaçqınlarla bağlı siyasəti və mütəxəssilərin münasibəti

Prezident Co Baydenin Tramp administrasiyası tərəfindən həyata keçirilmiş məhdudlaşdırıcı immiqrasiya siyasətindən imtina etməsi ilə Amerika daha çox qaçqın üçün qapılarını açır və dünyanın ən ümidsiz insanlarına ümid verir. Ancaq mütəxəssislər hesab edir ki, ABŞ-a qaçqınların köçürülməsi proqramının bərpası zaman alacaq.

Kenyanın Nairobi şəhərindəki bilet ofisində Abdirizak Nur İbrahim Amerikanı izləyir.

Əslən Somalidən olan İbrahim 2004-cü ildə müharibənin getdiyi Moqadişudan qaçqın olub. 2017-ci ilin əvvəlində Donald Trampın prezident olduğu zaman Somali də daxil olmaqla, əhalisinin əksəriyyəti müsəlman olan bir sıra ölkələrdən səyahətləri məhdudlaşdıran qərarlar imza atdığı vaxt onun ailəsi ilə ABŞ-a köçməsinə icazə verilmişdi.

“Bütün müsahibələri, sağlamlıq yoxlanışını və hər şeyi keçdim. Sonra keçmiş prezident səyahət qadağası tətbiq etdi. Son dörd ildir burdayam. Bundan əvvəl köçürülmə ümidi ilə 10 ildən çox burada olmuşam” – deyə, Somali qaçqını Abdirizak Nurr İbrahim bildirib.

İbrahim səyahət məhdudiyyətlərinin aradan qaldırdığı və ABŞ-a qaçqın qəbulunu genişləndirdiyinə görə prezident Co Baydeni alqışlayır.

"Ümid edirəm ki, çox şey bizim üçün dəyişə bilər" – deyə, o bildirib.

ABŞ oktyabr ayından etibarən Tramp administrasiyasının 15 minlik limitinin qarşılığında 125 min qaçqını qəbul etməyə hazırlaşır.

"Bu qədər zərəri bərpa etmək üçün vaxt lazımdır" – deyə, Prezident Co Bayden qeyd edib.

Bəziləri, xüsusilə pandemiya zamanı qarşıdakı çətinlikləri görürlər.

“Maliyyələşdirmə səviyyəsində, kadr səviyyəsində, bu proseslərin yenidən qurulmasına və yenidən başlamasına dair bir sıra çətinliklər yaranacaq. Ancaq bu proqramı ABŞ administrasiyasının görmək istədiyi davamlı səviyyəyə qaytarmağın ən böyük və ya ən böyük problemlərindən biri COVID pandemiyasıdır” – deyə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, Kommunikasiya üzrə Baş komissiar Kristofer Boyan bildirib.

Buna baxmayaraq, ABŞ-dakı köçürmə təşkilatları yenidən bu işlərlə məşğul olacaqlarına ümid edirlər.

"Həqiqətən ehtiyat kadrların hazırlanmasını səbirsizliklə gözləyirəm... Beləliklə, bəzi mövcud tərəfdaşlarımızla əlavə ofislər açmağı planlaşdırırıq" – deyə, Köçürmə və İnteqrasiya təşkilatının direktoru Alisiya Renn qeyd edib.

Ancaq Trampın siyasətini dəstəkləyənlər narahatlıqlarını bölüşərək, daha ciddi təhlükəsizlik yoxlamasının köçürülmüş qaçqınların ABŞ üçün heç bir təhlükə yaratmamasına kömək edəcəyini bildirir.

“Tramp administrasiyasının hakimiyyətinin əvvəlində yoxlama proqramı nəzərdən keçirilirdi və bunu bir neçə ildən bir etmək lazımdır. Yəni, yalnız Trampın adı ilə bağlı olduğu üçün bu, kənara atılmamalıdır” – deyə, Heritec Fondunun (Heritage Foundation) Baş Araşdırmaçısı Lora Rayz bildirib.

Qaçqınların vəkilləri isə təhlükəsizlik problemlərinin həddən artıq şişirdilmiş olduğunu deyirlər.

“Qaçqınların potensial olaraq cinayətkar və ya terrorçu olduqları iddiası əslində doğru deyil. Həqiqət budur ki, bir qaçqının hər növ cinayət törətmək ehtimalı yerli amerikalıdan daha azdır” - deyə, Lüteran İmmiqrasiya və Qaçqınlar Xidmətinin icraçı direktoru Kriş O`Mara Viqnaracah bildirib.

Nairobidə İbrahim ümidsiz vəziyyətdə yaşamağın tezliklə bitəcəyinə ümid edir.

"İllərlə burada yaşadığım qeyri-müəyyənliklə dolu həyatdan ayrılıb daha yaxşı həyat qurmaq üçün başqa ölkəyə getmək və yerləşmək istərdim" – deyə, o bildirir.