Sabiq Prezident Donald Trampın ikinci impiçment məhkəməsi ilə qarşılaşması səbəbindən Respublikaçılar Partiyasının gələcəyi uğrunda mübarizə davam edir. İllinoys ştatının orta qərb hissəsində respublikaçı konqresmen, partiyasından 6 yanvar ABŞ Kapitolisinə hücumundan sonra Tramp səhifəsini qapatmağı tələb etdiyi üçün güclü təzyiqlə üzləşir
Şirli Preskot kimi İllinoys ştatının respublikaçıları ondan üz çevirir.
"Biz qəzəb içindəyik, hirsliyik və bir daha heç vaxt ona səs verməyəcəyik"
Onların qəzəbinin mərkəzində konqresmen Adam Kinzinger durur.
"Respublikaçılar Partiyası yolunu itirdi" - deyə, o bildirir.
Kinzinger Trampın tərəfdarlarının bir dəstəsinin 6 Yanvar ABŞ Kapitoliyinə basqın etməsindən sonra Respublikaçılar Partiyasından Trampın siyasi markasını xaric etməsini istədikdən sonra sabiq prezidentin impiçmentinə səs vermişdi.
"Zəhərli sui-qəsd nəzəriyyələri və yalanlar. Bu, Respublikaçıların yolu deyil" - deyə, o qeyd edib.
"Konqresmenimiz, fikrimizcə, yolundan çıxıb və razı olmadığımız şeyləri deyib" - deyə, LaSalle mahalının Respublikaçı nümayəndəsi Larri Smit qeyd edib.
Bu yaxınlarda Kinzinger bölgəsindəki Respublikaçılar Partiyası onu tənqid etmək üçün səs verib.
"Sabiq Prezidentimiz və tərəfdarları və bir çox mühafizəkar respublikaçı haqqında söylədikləri “OK” deyil" - deyə, Larri Smit əlavə edib.
Ancaq yerli Respublikaçılar eyni cür düşünmür.
Susan Thornton, LaSalle County Respublika Partiyasının keçmiş sədridir))
"Tramp partiyaya zərər vurdu” - deyə, LaSalle mahalının sabiq Respublikaçı rəhbəri Suzan Tornton qeyd edib.
Mahalın sabiq Respublikaçı məmuru Trampın sadiq tərəfdarlarına görə narahatdır və partiyanın yeni istiqamətə və liderliyə ehtiyac duyduğuna inanır.
"Baş verənlərdən sonra Respublikaçı olduğumdan qürur duyuram sözlərini indi kiminsə söylədiyini görə bilmirəm. Mən bunu görə bilmirəm. Kim ətrafda qırmızı papaqlarla qaçan və Trampı sevmədikləri üçün digərlərinə hirsli olan bu insanlarla fəxr edə bilər” - deyə, o əlavə edib.
Tornton və Smitin əks fikirləri partiyada fikir bölünməsinə gətirib çıxarır. Orada 10 milyon seçici sabiq prezidentə sadiq qalsa da, çoxları bunu zərərli hesab edir.
İndi müstəqil olan Tornton, yenə də Trampın iki dəfə impiç olunmasına səs verən Kinzinger və Nümayəndələr Palatasındakı digər 9 Respublikaçı qanunvericiləri dəstəkləyir.
“Bunun üçün cəsarət lazım idi. Belə də oldu” – deyə, Suzan Tornton bildirib.
Bu, həm də onların siyasi karyeralarını təhlükəyə ata bilər. Larri Smit respublikaçıların növbəti seçki dövründə Kinzingeri əvəzləməsini istəyir.
"Kinzinger özünə rəqib qazandı" - deyə, o bildirib.
“Trampa sədaqət məsələsində bu cür fikir ayrılığını düşünürəm ki, potensial olaraq daha çox meydan oxuyanlar üçün fürsət yaradır” – deyə, Norsvestern Universitetinin siyasi elmlər üzrə professoru Lorel Harbridc Yan bildirib.
Norsvestern Universitetinin direktoru Lorel Harbridc Yan Tramp əleyhinə olan Respublikaçıların qovulmasının partiyanın ümumi ictimaiyyət üçün daha az cəlbedici olmasına səbəb ola biləcəyini deyir.
"Bu, üzvlərin seçki dairələrindəki az sayda insana - ilkin seçicilərinə və hətta maraqları seçicilərinin digərləri ilə eyni olmaya bilən bazaya daha çox necə diqqət yetirdiyinə işarə edir" – deyə Lorel qeyd edib.
Susan Tornton Kinzingerin partiyanı islah etmək üçün apardığı mübarizəni alqışlayır, lakin özünü yenidən Respublikaçı hesab etmədən əvvəl daha çox şeyə ehtiyac olduğunu deyir.
“Trampı bir lider və bir elçi olaraq inkar etməli idilər, çünki onun mesajı mənim üçün məqbul deyil. Nəzakətə və hörmətə qayıtmalıyıq” - deyə, Tornton bildirib.
Tramp tərəfdarları ABŞ-da Kinzinger kimi millət vəkillərini hədəf alan daha çox tədbir planlaşdırdıqlarını, partiyanı Trampın imicində hər dəfə ilkin seçkilərdə yenidən formalaşdıracağına söz verdiklərini deyiblər.