"Siyasi məhbuslara azadlıq" tələbi ilə aksiya keçirilib
Your browser doesn’t support HTML5
Həbsdə aclıq aksiyası keçirən 'Xeberman'.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun və aclıq aksiyasının 97-ci günündə olan "Azeltv" saytının rəhbəri Əfqan Sadıqovun ailə üzvləri Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar bu aksiyanı "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirdiklərini bildiriblər. Əraziyə gələn polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.