2020-ci ildə Azərbaycanda rekord ölüm halı qeydə alınıb
Your browser doesn’t support HTML5
Bu ilin 11 ayı ərzində Azərbaycanda 61 154 ölüm halı qeydə alınıb. 2019-cu ildə isə ümumilikdə 55 916 ölüm halı qeydə alınmışdı. Statistikaya görə, müstəqillikdən bəri rekord 2018-ci ildə 55 250 ölüm halı qeydə alınıb. Beləliklə, 2020-ci il müstəqillik dövrünün ən çox ölüm halı qeydə alınan ilidir. İqtisadçı Fərid Mehrəlizadə deyir ki, bu artımın səbəbi kimi hər kəsin ağlına pandemiya və müharibə gəlir, lakin bu səbəblər ölüm halının artımını əhatə etmir.
İqtisadçı deyir ki, bu ölüm hallarının artımı həm də iqtisadi səbəbdən baş verir. Fərid Mehrəlizadə bildirir ki, Azərbaycanda vətəndaşlar tibbi xərcləri özləri qarşılamaq məcburiyyətindədir. O hesab edir ki, ən çox da bölgələrdə yaşayan aztəminatlı əhali keyfiyyətli tibbi xidmət ala bilmir.
Rəsmi məlumata görə, müharibə nəticəsində 2783 hərbçi və 110 mülki sakin həlak olub. 27 dekabr tarixinədək isə Azərbaycanda 2499 nəfər koronavirus nəticəsində vəfat edib.