Apelyasiya məhkəməsi aclıq edən jurnalistin şikayətini təmin etməyib
Your browser doesn’t support HTML5
Həbsdə olan jurnalist Əfqan Sadıqovun şikayəti əsasında bu gün, dekabrın 25-də Sumqayıt Apelyasiya Məhkəməsində hazırlıq iclası keçirilib.
Hakim Nazim Mövsümov müdafiə tərəfinin qaldırdığı vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə prosesi 2021-ci il yanvar ayının 21-inə təyin edilib.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.
Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.