Riçard Kazlariç: Azərbaycan və Ermənistan vətəndaşları arasında dialoq üçün yol açılmalıdır

Your browser doesn’t support HTML5

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də başlayan hərbi əməliyyatlar noybarın 10-da Azərbaycan Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli atəşkəs bəyanatı nəticəsində başa çatıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə atəşkəsin davamlılığı, regionda sülhün təmin olunması və iki xalq arasında etimadın bərpası perspektivlərini şərh edib.