Dünyada QİÇS-lə mübarizə davam edir

Your browser doesn’t support HTML5

Dörd il əvvəl BMT-nin QİÇS-ə son qoymaq hədəfinə nail olmaq üçün dünya hökumətləri bu ideyaya sadiqlik nümayiş etdirdi.

Son 10 ildə QİÇS-ə son qoymaq üçün dünyanın əlində imkanlar olub.

QİÇS-ə qarşı dərmanlar pozitiv olanların virusu başqasına ötürmə ehtimalını demək olar aradan qaldırır. İİV-yə (HİV) yoluxma riski yüksək olan insanların yoluxmanın qarşısını almaq üçün qəbul edə biləcəyi dərmanlar mövcuddur.

Dörd il əvvəl dünya ölkələrinin hökumətləri üç hədəfə çatmağı öhdələrinə götürdülər: İİV-lə xəstələrin 90% -nə diaqnoz qoymaq, diaqnoz qoyulanların 90% -ni müalicə etmək və müalicə olunanların 90% -də virusu aşkarlanmayan səviyyəyə qədər yox etmək.

Lakin mütəxəssislər yenə də pandemiyaya son qoymağa yaxın olmadığımızı bildirir.

"2020-ci il dünya üzrə yeni infeksiyaların sayının əhəmiyyətli dərəcədə, yəni 500,000-dən aşağı düşəcəyini görəcəyimiz bir il olmalı idi. 2019-cu ildə 1,7 milyondan çox yeni yoluxma ilə üzləşdik. Beləliklə, həqiqətən İİV-in ötürülməsinə nəzarət hədəflərimizdən uzağıq" – deyə, Cons Hopkins universitetinin professoru, doktor Kris Beyrer bildirib.

Beyrer yeniyetmələrin və gənclərin xüsusilə həssas olduqlarını deyir.

"İnsanların İİV-ə nisbətən gənc yaşlarında, xüsusən də Səhraaltı Afrika ölkələrində, amma eyni zamanda ABŞ-da və Latın Amerikasında, Karib dənizi hövzəsində, Şərqi və Cənub-Şərqi Asiyada yoluxduğunu görürük. Amma onlar terapiyaya başlamır, gec başlayır" – deyə, Doktor Kris Beyrer əlavə edib.

Beyrer deyib ki, bu gənc kişilər üçün böyük bir problemdir. O həmçinin əlavə edib ki, normal olaraq həkimlərə müraciət etmirlər və simptomlar inkişaf edənə qədər müayinə olunmurlar. Nəticədə onlar İİV-ə yoluxan qadınlardan daha tez ölür və virusu bu illər ərzində tərəf müqabilinə ötürür.

İİV seks işçisi, gey və ya trans olmaq cinayət hesab edildiyi, narkotik maddələrdən istifadə edənlərin cəzalandırıldığı və ya bu qruplara damğa vurulan ölkələrdə inkişaf edir. Yeni İİV yoluxmalarının 60%-dən çoxu bu qruplar arasındadır.

Nyu York şəhəri İİV riski olanları da əhatə edən səhiyyə proqramı sayəsində Birləşmiş Millətlər Təşkilatının hədəflərinə çata bilib.

"Nyu-York şəhərində epidemiyanı sona çatdırmaq üçün etdiklərimizin çoxu transseksualların rəhbərlik etdiyi təşkilatlar kimi birbaşa icmalarla işbirliyindən sonraya təsadüf etdi. Transeksualların rəhbərlik etdiyi təşkilatların ehtiyac duyduqlarını tam mənada dinləyirik və bu ehtiyacı qarşılayacaq bir şey tərtib edirdik" – deyə, Nyu York Şəhəri Səhiyyə Departamentindən doktor Demetre Daskalakis qeyd edib.

Daskalakis Nyu Yorkda QİÇS-in qarşısının alınmasının müvəffəq olduğunu deyib, çünki səhiyyə xidmətləri xidmət göstərilənlərin şəxsiyyətləri deyil, qayğı göstərilməsinə yönəldilib.

Daskalakis tezliklə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərində İİV / QİÇS proqramına nəzarət edəcək. O, ABŞ-ın fərqli qrupların ehtiyaclarını dinləyərək, oxşar nəticələr əldə edə biləcəyinə inandığını deyir.