Təqibə məruz qalan jurnalistlər üçün təcili viza

Your browser doesn’t support HTML5

Media azadlığını müdafiə məqsədlə təyin olunmuş Britaniya və Kanadadan olan tanınmış bir qrup vəkilin sözlərinə görə, təqib və zorakılıqla üzləşən jurnalistlərə müvəqqəti sığınacaq tapmalarına kömək etmək üçün təcili vizalar verilməlidir.

Meksika jurnalistlər üçün dünyanın ən təhlükəli yerlərindən biridir. Bu il orada səkkiz jurnalist öldürülüb.

"Mən gedəndə hadisəni araşdırmağın bir risk olduğunu düşündüyüm sadə bir həqiqətlə birlikdə yola çıxıram" – deyə, meksikalı müstəqil Fotoqraf Fransisko Robles bildirib.

Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, 1992-ci ildən bəri Pakistanda ən azı 61 jurnalist öldürülüb. Bir çox ölkədə müxbirlər sadəcə işlərini gördüyü üçün hədəf alınırlar.

Britaniya və Kanada tərəfindən toplanan və Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənən Qlobal Media Azadlığı üzrə Yüksək Səviyyəli Hüquq Mütəxəssisləri qrupu doqquz əsas tövsiyədən biri olaraq, təqiblərlə üzləşən jurnalistlər üçün qlobal təcili viza sistemi yaratmağa çağırır.

“İşlərin böyük əksəriyyətində söhbət risk altında olan və özlərinə qarşı risk azalana qədər təhlükəsiz yerə köçmək məcburiyyətində qalan jurnalistlərdən gedir. Bu mərhələdə təhlükəsizlik axtarışı həmin jurnalistlər üçün çox sayda potensial zərərdən – qaçırılma, zorakı yolla itkin düşmə, həbs, zorakılıq və ya hətta sui-qəsddən qaçınmağın yeganə yoludur” – deyə, professor Can Yeqinsu qeyd edib.

Köçmək asan deyil. Başqa bir ölkə üçün viza almaq həftələrlə davam edə bilər və qəbul zəmanəti olmadan çox vaxt baha başa gəlir. Siyasi sığınacaq istəyənlər müraciət etməzdən əvvəl adətən təyinat yerlərinə gəlməlidirlər, bu isə təqibə məruz qalan bir çox jurnalist üçün qeyri-mümkündür.

"Təhlükəsiz sığınacağa dair beynəlxalq sistem onlar üçün işləmir" – deyə, Professor Can Yeqinsu əlavə edib.

Jurnalistlər tez-tez təhlükəsizliyə alternativ yollar axtarmağa məcbur olurlar.

“Onlar çox vaxt qonşu ölkəyə, sərhədi daha asan keçilə bilən ölkəyə qaçmağa məcbur edilirlər. Ancaq səfərlər çətin və təhlükəlidir” – deyə, Jurnalistləri Müdafiə Komitəsindən Elizabet Vitçel bildirib.

Əvvəllər etibarlı sığınacaqlar təmin olunurdu.

“Məsələn, 2000-ci illərin ortalarında İraq müharibəsi zamanı ABŞ hökuməti Amerika şirkətləri ilə əlaqələri olan jurnalistlər də daxil olmaqla fərdlər üçün viza tətbiq etdi, çünki hədəf alındıqları üçün . Beləliklə, bəzən hökumətlərin müəyyən addımlarını da görürsünüz” – deyə, Elizabet Vitçel əlavə edib.

Hüquqşünaslar qrupu media azadlığının qorunması və təşviqinə sadiq olan dövlətlər arasında belə bir sığınacaq sisteminin rəsmiləşdirilməsinə və yayılmasına çağırır.