ABŞ prezident seçkilərində pandemiya böyük təsir gücünə malikdir

Your browser doesn’t support HTML5

ABŞ-da 3 Noyabrda keçiriləcək prezident seçkilərinə bir gün qalmış Demokratik prezidentliyə namizəd Co Bayden prezident Donald Trampı ölkə üzrə sorğularda qabaqlayır. Ancaq əsas ştatlarda bu fərq azdır.

Cümə gününə qədər 82 milyondan çox amerikalı səs vermişdi - yerlərdə, poçtla və ya səsvemə qutularına bülletenlər atmaqla - hətta nəqliyyat vasitələrindən belə.

"Hamı "gedin və sadəcə erkən səs verin" deyir, buna görə mən də düşündüm ki, gəlib bu gün bunu etdiyimizə əmin olaq" - deyə, erkən seçkilərdə iştirak edən Mindora Maddoks bildirib.

Prezidentliyə Demokrat namizəd Co Bayden seçkiləri Prezident Donald Trampın pandemiya cavabının referendumu kimi göstərməyə çalışdı.

"Mən bu pandemiyanı bir düyməni sıxaraq sona çatdıra biləcəyim barədə yalançı vədlə çıxış etmirəm. Ancaq sizə söz verə biləcəyim budur: İlk gündən doğru işlər görməyə başlayacağıq," prezidentliyə Demokrat namizəd Co Bayden qeyd edib.

Bu arada Tramp son iqtisadi göstəricilərini vurğulayaraq firavanlıq vədinə uyğun olaraq kampaniya aparır...

"Bu gün ÜDM-in 33,1 rəqəmini görürsüz, ölkə tarixində ən az üç dəfə böyük" - deyə, Tramp bildirib.

… Bu, pandemiyadan əvvəlki səviyyədə ÜDM-ni 3,5 faizdən aşağıdır.

Polis zorakılığına qarşı etirazlar ABŞ-ı silkələməyə davam edərkən, Bayden irqi ayrı-seçkiliklərdə prezidenti günahlandırır.

Tramp təkbaşına qanun və nizamın bərpasına söz verərək, rəqibini anarxistləri dəstəkləməkdə və ABŞ-ı məhv edəcəyini söylədiyi sosialist gündəmə sahib olmaqda ittiham edib.

“Baydenin yekun arqumenti onun açılış arqumentinə tam olaraq uyğundur. Ölkəni birləşdirib təzə bir başlanğıc vermək vaxtının gəldiyini deyir. Tramp kampaniyasının yekun arqumenti isə Co Bayden və Demokratların həyatınızı məhv edəcəyi fikirlərindən ibarətdir. Bunu satmaq daha çətindir” - deyə, Respublikaçı strategiya mütəxəssisi Vit Ayres bildirib.

Sabiq vitse-prezident Bayden cümə günü ölkə üzrə sorğularda 7%-lik üstünlüyünü qorudu, lakin ABŞ seçkiləri xalqın səsverməsi ilə deyil, əhalinin sayına görə hər bir ştatın seçici səsləri ilə müəyyən olunur.

Bu, Meyn və Nebraska xaricindəki 50 ştatda "qalib hər şeyi qazanır" sistemidir. Namizədə qalib gəlmək üçün 538 seçici səsindən 270-ni əldə etmək lazımdır.

Tramp sorğularda Baydenin yalnız kiçik bir fərqlə irəlidə olduğunu göstərən kritik ştatlarda seçicilərin səslərini təmin edərək 2016-cı ildəki qələbəsini təkrarlayacağına ümid edir.

“Trampın mövqeyi orta qərbdəki mühüm ştatların bəzilərində ölkə üzrə olduğu qədər pis deyil. Ancaq sual odur ki, ölkə üzrə hərəkat həqiqətən fərq yaradacaq orta qərbdəki dəyişkən ştatların vacib ştatlardan kifayət qədər uzaqdır yoxsa yox” - deyə, Robert Qrifin bildirib.

Tramp Ağ Evdə qalmaq üçün hansı ştatlarda mütləq qələbə əldə etməlidir?

“Pensilvaniya seçki gecəsi izləmək üçün əsas ştat olacaq. İzləmək üçün digər ştatlara Florida da daxil olacaq. Prezident orada çox güclü görünmürsə və ya Floridada uduzursa, onda onun üçün qələbəyə gedən aydın bir yolu görmək çox çətindir" - deyə, Respublikaçı strategiya mütəxəssisi Amanda Ayovino bildirib.

Bayden və tərəfdaşı Kamala Harris bazar ertəsi sözügedən ştatda çıxışını edəcəyi halda, Tramp həftəsonu Pennsilvaniya 2 mitinqində iştirak edib.