Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamları elan edib.
Təqsirləndirilən şəxslər onlara oxunan ittihamlar üzrə özlərini təqsirli bilmirlər. Yunis Səfərov isə özünü qismən təqsirli bilib.
Your browser doesn’t support HTML5
Məhkəmə prosesinə gələn media məhkəmə zalına buraxılmayıb.
Növbəti məhkəmə prosesi ayın 15-nə təyin edilib.
Rəsmi məlumata görə Səfərov və daha 11 nəfər məhz icra hakimiyyəti başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.
"Gəncə işi"nə görə həbs edilənlərin valideynləri övladlarının günahsız həbs edildiklərini və saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını bildirir.