Tekstil hesablama sahəsindəki tədqiqatçılar ürək döyüntüsü və tənəffüs kimi sağlamlığının zəruri göstəricilərini izləyə biləcək geyim hazırlayır. Sosial məsafədə səyləri davam etdiyi və tele-səhiyyə istifadəsi artdığı bir vaxt uzaqdan tibbi yardım üçün təsirlər əhəmiyyətlidir.
Bu günlərdə həkimə müraciət etmək üçün onlayn olmaq lazımdır, lakin gələcəkdə bu sadəcə geyinməklə mümkün ola bilər.
Tekstil hesablama tədqiqatçıları paltarınız vasitəsilə həyati əlamətlərinizi ölçə bilən və yuyulan sensorlar hazırlayır.
“İpimiz əslində sensordur və onu xüsusi düzülüşdə toxuyuruq" deyə, Myant”ın icraçı direktoru qeyd edib.
Kanada startapı “Myant”ın icraçı direktoru Toni Çahin hazırda alt geyimləri xəttini sınaqdan keçirir.
“Keçirici sap və ya keçirici iplər vasitəsilə Bədəndən elektrik siqnalı alırıq” - deyə, icraçı direktor qeyd bildirib.
O, bunu xəstəxanada elektrokardioqramma ilə müqayisə edir.
“Tel ürəkdəki elektrik siqnalını ötürür. Nəticə etibarı ilə biz eyni şeyi edirik, sadəcə iplə” - deyə, o əlavə edib.
Massaçusets Texnologiya İnstitutunda prototip köynək toxuma kanallarına həssaslıqla toxunmuş, çevik, yuyulan sensorlara malikdir.
“Bədəninizə uyğun rəqəmsal olaraq onu toxuyuruq ki, elektronikamızla birlikdə düzgün quruluşa sahib olsun. - deyə, MIT Media Laboratoriyasında professor köməkçisi kimi çalışan Canan Dağdeviren qeyd edib.
Xüsusi geyimlərindən potensial olaraq hər hansı bir bədən tipinə, hətta yeni doğulmuş körpələr üçün də istifadə edilə bilər.
Həm MIT, həm də Myant geyimləri ürək döyüntüsü, hərarət, tənəffüs və hərəkət kimi fizioloji məlumatları toplayır.
"Bu cihaz bir növ, həftə boyunca və ya ay boyunca və ya mövsüm boyunca vücudunuzun xəritəsini yaradır" - deyə, Canan Dağdeviren bildirib.
"Ayrılan Bluetooth modulları ilə məlumatları simsiz ötürməklə həm həkimləri, həm də ailə üzvlərini məlumatlandıra bilən xəstə sağlamlığının daha əhatəli bir mənzərəsinə sahib olur" - deyə, o əlavə edib.
Dr. Miloş Popoviç “Myant”ın alt geyimlərini sınaqdan keçirir və bu texnologiyanın xüsusilə yaşlılar üçün faydalı olduğunu söyləyir.
“Bunu xəstələrə evlərində qayğı göstərmək üçün bir həll yolu olaraq görürük. Bu, insanların xəstəxanaya gəlməsinə ehtiyac olmadan evlərdən müalicə olunmalarını təmin edir. Bu da xəstəxanadakı yükü azaldır ki, daha çox xəstəni müalicə edə bilək” - deyə, Toronto Reabilitasiya İnstitutu Tədqiqat rəhbəri Miloş Popoviç bildirib.
Bu, sosial məsafə dövründə səhiyyənin gələcəyinə bir baxışdır.